Azərbaycan Respublikası mətbuat azadlığına qarşı çıxmağın bariz nümunəsidir

Bügünləri Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında insanlar üçün yaradılmış vəziyyət kommunizmin qara günlərini xatırladır. Əlbəttə, həmin dövrdən daha işləkdir və artıq biri digəri üçün böhtan yazmır.
Qafqaz Mədəniyyət Mərkəzi – Sovetlər Birliyinin dağılması və Cənubi Qafqazda müstəqil dövlətlərin yaranması ilə bu dövlətlərdə kommunist qurluşunun da aradan qalxması gözlənilirdi. Amma zorakı kommunizm rejimi qayda-qanunları bu ölkədən belə tezliklə gedənə oxşamır.
Azərbaycan Respublikasında bir sıra hökumət strukturları zahirən demokratikdir və bu strukturlarda kommunizm quruluşu yoxdur. Amma bir çox dövlət orqanlarında yalnız ad dəyişilmiş, kommunist zamanının təfəkkürü, hətta üsul-idarəsi da qorunub saxlanılmışdır. Nümunə olaraq deyə bilərik ki, SSRİ-nin parçalanması və Azərbaycanın müstəqillik əldə etməsindən sonra bu ölkədə qeyri-dini və sekülar hakimiyyət hökumət başında olduğuna görə, Qafqaz Müsəlmanları İdarəsinin mahiyyəti sabiq məqsədlə, ancaq demokratik görünüşlə qorunub saxlanılmışdır və fəaliyyətini həmin şəkildə davam etdirir.
Azərbaycan Respublikasında yalnız adı dəyişən orqanlardan digər biri, bu ölkənin təhlükəsizlik təşkilatıdır. KQB-in iş üslubu bugünləri də Azərbaycanın təhlükəsizlik idarəsində həyata keçirilir.
Kommunist dövründən söz açan kitabın “Zəhərli qələmlər” hissəsində belə yazılır: Sovet hökuməti zamanı töhmət və böhtan böyük mutasiya idi. İstənilən şəxsi aradan götürmək üçün çox sadə bir üsul idi. Onun barəsində bir böhtan yazılırdı, hətta onu imzalamağa da ehtiyac yox idi. Bügünləri Azərbaycanın təhlükəsizlik aparatında insanların başına gətirilən oyunlar həmin günləri xatırladır. Əlbəttə, daha güclü şəkildə. Artıq bir kəs başqası üçün böhtannamə yazmır ki, Soljenitsinin sözü ilə desək, “iftira yolu ilə qətl” həyata keçsin. Məmurlar çox asanlıqla özləri bu işi edirlər. Tənqidli ifadə, yaxud müxalifət bildirən bir söz dilinə gətirmək istəyənlər üçün xüsusi böhtannamələr hazırlayırlar.
Doktor Səmədov kimi tənqidi İlham Əliyevin üzünü cırmış birini narkotik maddə saxlamaq böhtanı ilə həbs edirlər, dövlət çevrişi ittihamı ilə 13 il həbsə məhkum edirlər. Digər birisini cümə namazı təşkil etmək bəhanəsi ilə 3 il azadlıqdan məhrum edirlər.
Bügünləri hər bir müxalif və tənqidçinin öz biçimində ona böhtan hazırlanmış və icra edilməkdədir. Ötən günlərdə AR polisi bu ölkənin yeganə müstəqil informasiya agentliyinin direktoru Mehman Əliyevi vergidən yayınma ittihamı ilə həbs etdi. Bu ölkədə mətbuat azadlığının aşı o qədər duzludur ki, hətta, Moqerini də sükutu pozdu və hakimiyyətin bu hərəkətini pisləyərək, mediaya qarşı məhdudiyyəti mətbuat azadlığı barədə beynəlxalq qanunlara zidd adlandırdı. O, həmçinin bildirdi ki, Azərbaycan hakimiyyətinin mətbuat azadlığı qanunlarını pozması bu ölkənin Avropa ilə münasibətlərini zəiflədə bilər.
Bakı polisi Turan agentliyinin bank hesabını bağlayıb. Məhkəmənin açıqlamasına görə, Mehman Əliyevin dövlətə 19 min avro vergi borcu vardır. Lakin Mehman Əliyev ona qarşı sürülən ittihamları qəbul etmir, bu ittihamların səbəbini onun tənqidi baxışlarına görə olduğunu deyir.
Qeyd edək ki, Turan İnformasiya Agentliyi AR prezidentini tənqid edən bilən nadir qəzetlərdən sayılır. “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatın da Turan Turan İnformasiya Agentliyinin bank hesablarının bağlanmasını pisləyib və onu Azərbaycan hakimiyyətinin mətbuat azadlığına qarşı çıxması kimi dəyərləndirib.
Bundan öncə də Bakı dövləti “Azadlıq” radiosunun xanım jurnalisti Xədicə İsmayılova qarşı da eyni ittiham irəli sürərək onu 7 il 6 ay həbsə məhkum etdi. Əlbəttə, o, sonradan birdən-birə azadlığa buraxıldı.