ArxivXəbər lentiXəbərlər

Azərbaycanda vəhhabilərin nəzarətində olan sahələr var

Bu gün sələfilik (digər adı vəhhabilik) Azərbaycanda ənənəvi dini məzhəbləri (şiə, sünni) az qala üstələyir.

 Təhlükəli hal alan radikal dini cərəyanların üzvləri zaman-zaman ifşa edilib. Bütün bunlara baxmayaraq, onlar fəaliyyətlərini bu və ya digər şəkildə davam etdirirlər.

 Sirr deyil ki, radikal cərəyan üzvlərinin maddi durumu digərləri ilə müqayisədə xeyli yüksəkdir.

 Xüsusilə ətriyyat, gümüş, dindarlar üçün nəzərdə tutulmuş geyimlər sələfilərin nəzarətindədir. Xarici dayaqlarının möhkəm olması səbəbindən hətta xarici ticarət zamanı sələfilərə güzəştlər də edildiyi bildirilir.

 Müşahidələr göstərir ki, Azərbaycandakı sələfilər kifayət qədər bahalı avtomobilləri, saray kimi evləri olan, özünə gün-güzəran qurmuş insanlardır.

 Və onların xaricdən maliyyələşdiyi heç kimə sirr deyil. Bir çoxları sələfilərin məhz Səudiyyə Ərəbistanından maliyyələşdirildiyi iddiasındadır.

 AzadXeber.az bildirir ki, Məşədi Dadaş məscidinin imam-camaatı, tanınmış ilahiyyatçı Şahin Həsənli modern.az-a radikal cərəyan nümayəndələrinin dünyanın əksər ölkələrində yaşadığını deyir:

 “Bu cərəyanın ardıcılları müxtəlif ölkələrdə yaşayır. Onların bəziləri radikal görüşlərilə fərqlənir, əsasən inkar mövqeyindən çıxış edirlər.

 Həmçinin başqa məzhəbləri dindən çıxmış hesab edir, adətən onlara qarşı radikal mövqe sərgiləyirlər. Təbii ki, bunu bütün sələfilərə aid etmək olmaz. Amma əksər sələfilər məhz bu baxışları bölüşür.

 Bəzi ölkələr bu cərəyanı maliyyələşdirərək istənilən dövlətin daxilində məzhəblərarası qarşıdurma yaratmağa cəhd göstərirlər.

 Cərəyanın radikal düşüncəli bəzi üzvləri başqa məzhəblərə qarşı düşmənçilik mövqeyi sərgiləyir. Bu da istənilən ölkənin dövlətçiliyinin zəiflədilməsi üçün əsas amillərdən birinə çevrilir”.

 Şahin Həsənli bildirir ki, bir çox böyük dövlətlər sələfilərə gizli dəstək verirlər:

 “Radikal cərəyan nümayəndələrinin xaricdən maliyyələşdirilməsi faktdır, inkar etmək olmaz.

 Buna baxmayaraq Azərbaycanda bu tendensiya öz potensialını itirməkdədir. Son illər ölkəmizdə sələfilərin sayı artsa da, tendensiya sönməkdədir. Hazırda ənənəvi İslam məzhəblərinin ardıcıllarının sayı artmaqdadır. Müəyyən bir dövr vardı ki, məlumatsızlıqdan insanlar sələfilər cərəyanına qoşulurdular.

 Şəxsi praktikamda insanların qısa müddət ərzində radikal cərəyanlara qoşulub, onunla yaxından tanış olduqdan sonra ənənəvi İslam məzhəbinə qayıtdığının şahidi olmuşam.

 Onlar Azərbaycanda mövcud olan ənənəvi dinə üz tutaraq həqiqətin harada olduğunu anlayıblar. Radikal cərəyana qoşulanlar sələfiliyin ənənəvi məzhəblər arasında ayrılıq saldığını anlayaraq ənənəvi dinə qayıdıblar.

 İslam dünyasında, eləcə də Azərbaycanda ənənəvi olaraq sünni və şiə məzhəbləri mövcuddur. İki məzhəb nümayəndələri arasında dostluq və qardaşlıq münasibətləri formalaşıb”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button