Siyavuş Novruzovun mürəbbə biznesi

Verilən məlumatlarda deyilir ki, mürəbbə hazırlanması üçün lazım olan bütün xammal xüsusi adamlar tərəfindən bazarlardan alınaraq, Bakı kəndlərində əvvəlcədən razılaşdırılmış ailələrə çatdırılır. Onlar müxtəlif çeşidli mürəbbələr hazırlayaraq, yenidən sifariş verən tərəfə çatdırırlar.
İşin ən ilginc tərəfi isə odur ki, bu sahə monopoliyadır. Yəni, Bakıda fəaliyyət göstərən istənilən çayxana yalnız Siyavuş Novruzovun hazırlatdırdığı mürəbbələri almalıdır. Əks təqdirdə, onların fəaliyyət göstərməsinə qadağa qoyula bilər.
Mənbə bu biznesin illik dövriyyəsinin heç də kiçik olmadığını da vurğulayıb. O bildirib ki, mürəbbə biznesinin illik dövriyyəsi bir neçə milyon manat həddindədir. Siyavuş Novruzovun da bu biznesə girişməsi yaxın dostlarının birinin verdiyi təklif əsnasında reallaşdırılıb.(jam.az)