ArxivXəbər lentiXəbərlər
SOCAR Gürcüstan büdcəsinə 116 milyon dollar verib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2017-ci ildə Gürcüstana yatırdığı investisiyanın həcmi 52,1 mln. ABŞ dolları təşkil edib.
Bu barədə SOCAR-ın Gürcüstandakı törəməsi “SOCAR Energy Georgia” şirkətindən bildirilib.
Qeyd olunub ki, “SOCAR Energy Georgia”nın tərkibinə daxil olan bütün şirkətlər tərəfindən Gürcüstan büdcəsinə 2017-ci ildə 116 mln. dollar məbləğində vergi ödənilib.
Qeyd edək ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti “SOCAR Energy Georgia” şirkəti vasitəsilə həyata keçirilir. “SOCAR Energy Georgia” 2006-cı ildə yaradılıb.SOCAR Gürcüstan büdcəsinə 116 milyon dollar verib
rakurs.tv