ŞOK: Ərdoğanla Bəşər Əsəd arasında görüş keçiriləcək

Suriya və Türkiyə prezidentləri Bəşər Əsədlə Rəcəb Tayyib Ərdoğanın yanvar ayının sonuna qədər görüşəcəyinə dair məlumat yayılıb.
Qafqaz.ir ABNA-ya istinadla xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Gennadiy Qatilov Suriya münaqişəsinin müzakirə olunacağı Astana danışıqlarının yanvar ayının ortalarında başlayacağını bildirib. Astanadaki sammitində tərəflərin xarici işlər nazirləri və diplomatik nümayəndə heyətləri görüşərək Suriyada həll planı üzərində işləyəcək.
Görüşün dəqiq tarixi hələ məlum deyil. Lakin Astanadakı sammitdə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın da təkbətək görüş keçirəcəkləri açıqlanıb. Sammitin ən böyük sürprizi isə Ərdoğanın son 5 il ərzində diktator adlandırdığı Suriya prezidenti Bəşər Əsədlə görüşməsi olacaq.
ABNA-nın Suriya mənbələrindən aldığı məlumatlara görə, Ərdoğan Putinlə keçirəcəyi görüşdən əvvəl, ya da görüşdən dərhal sonra Əsədlə də görüşəcək. Bu görüş Ərdoğanla Əsəd arasında 2011-ci ilin fevral ayının 6-da Türkiyənin Hatay şəhərində Dostluq Su Anbarının təməl atma mərasimi zamanı keçirilən görüşdən sonra ilk üz-üzə görüş olacaq. Ərdoğan, o tarixdən sonra Əsədlə üz-üzə heç vaxt görüşməmiş və 2011-ci ilin ortalarına qədər bir neçə dəfə telefonla danışmışdı. Ancaq Suriyadakı müharibənin başlamasından sonra isə tərəflər arasında münasibətlər tamamilə kəsilmişdi.