Xəbərlər
İraq Rusiyadan dörd ədəd Mi-35 vertolyotu alıb

İraq hökumətinin Rusiyadan aldığı 4 ədəd Mi-35 vertolyotu dünən gecə saatlarında bu ölkəyə təhvil verilib. Bu haqda İraqın baş naziri Nuri əl-Maliki öz Facebook səhifəsində qeyd edib. Nazir səhifəsində vertolyotların şəkillərinidə yayımlayıb.
İraq bu vertolyotlardan öz ərazisində terrorçular ilə mübarizə aparmaq və sərhədlərin mühafizəsi üçün istifadə etmək niyyətindədir.
Rusiya və İraq arasında 2012-ci ildə 4,3 milyard dollarlıq hərbi-texniki əməkdaşlıq sazişi imzalanıb.