ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Sorğu: Rusiyalıların 81%-i Putinə etibar edir

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin araşdırmasının nəticələrinə görə, ölkə sakinləri arasında Rusiya prezidenti Vladimir Putinə etimad səviyyəsi 81% təşkil edir.
“Sorğu iştirakçılarının 81%-i Putinə inamla bağlı suala müsbət cavab verib, prezidentin fəaliyyətini bəyənmə səviyyəsi 78% olub” deyə məlumatda deyilir.
Rusiya hökumətinin fəaliyyəti sorğuda iştirak edən 53,3%, Baş nazir Mixail Mişustinin fəaliyyəti isə 52,2% vətəndaş tərəfindən bəyənilib.
sorğu 20-26 iyun tarixlərində 18 yaşdan yuxarı 1600 rusiyalı arasında keçirilib.