ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Şmiqal: Rusiya mayın 9-da müharibə elan etmək niyyətindədir

Rusiyanın mayın 9-da Ukraynaya tam miqyaslı müharibə elan etmək niyyəti var.
“Korrespondent.net”xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmiqal deyib.
“Tərəfdaş kəşfiyyat xidmətlərinin məlumatına görə, Rusiyanın mayın 9-da tam miqyaslı müharibə elan etmək niyyəti var. Tərəfdaş kəşfiyyat xidmətlərinin bildirdiyinə görə, bu yüksək siyasi rəhbərlikdə müzakirə olunur. Bu baş verəcək ya yox, onu görəcəyik. İstənilən halda biz işğalçı üzərində tam qələbə qazanana qədər mübarizə aparacağıq”, – deyə Baş nazir bildirib.