ArxivQadin və hicabXəbər lentiXəbərlər

Şotlandiyada polis-xanımlara hicab geyinməyə icazə verildi

Şotlandiya hökuməti polis qüvvələrində müsəlman qadınların sayını artırmaq məqsədilə uniformada hicabdan istifadə edilməsinə razılıq verib.

Deyerler.org xarici İndependent-ə istinadən xəbər verir ki, Şotlandiyada indiyə qədər sadəcə yüksək rütbəli polis kadrlarının hicab geyinməsinə icazə verilirdi. Belə ki, 2001-ci ildə polisin rəsmi uniforması təqdimatında hicab da qeyd olunmuşdu.

Polis rəisi Fil Qormley mövzu ilə bağlı belə danışıb: “Mən bu xəbəri verməkdən çox məmnunam. Müsəlmanların cəmiyyətin hər sahəsində olduğu qədər polis zabiti və şəxsi heyəti kimi də aramızda görmək üçün dəstəklərini gözləyirik”.

Şotlandiyanın Müsəlman Polis Cəmiyyəti (SPMA) qərarı Şotlandiya cəmiyyəti və ölkədə yaşayan müsəlmanlar arasında əlaqənin yaradılmasına kömək olacağı üçün məmnunluqla qarşılayıb. “Qərarın düzgün istiqamətdə müsbət qərar olduğunu hesab edirik. Ölkənin bu məsələdə müsbət və məhsuldar addımlar atmasına sevinirəm”, – deyə SPMA sədri Fahad Bəşir bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button