Qadin və hicab

Şotlandiyalı müsəlman qadın: “İslam dini daha çox sülh dinidir”

“Mən Quranı oxuduğum zaman özümü çox rahat hiss edirəm.”…

Təxminən 7 il əvvəl İslamiyyəti seçərək müsəlman olan şotlandiyalı Kimberley Davidson, sülh dinini seçdiyi üçün çox xoşbəxt olduğunu və müsəlmanlığı seçdiyi üçün bəzi yoldaşlarının onu ictimai paylaşma saytlarındakı dostluq siyahılarından sildiklərini bildirib. Xarici mətbuata istinadən verilən məlumata görə, Avropa Birliyinin Qrant Layihələri çərçivəsində Türkiyənin Qaziantəp şəhərinə gələn və təhsil sistemləri üzərində işləyən Davidson, müsəlmanlığa keçid hekayəsini açıqlayıb. Şotlandiyada təşkilatların birində katibə işləyən Davidson, Qurani-Kərimi ingilis dilində oxuyub və 20 yaşında müsəlman olmağa qərar verib. O, ilk qərarını ailəsinə açıb, katolik xristian olan atası ilə anası da bu qərara hörmət ediblər və “Sən xoşbəxtsənsə, biz də xoşbəxtik” – deyə cavab veriblər.
Qurani-Kərimi özünə çox yaxın bildiyini dilə gətirən Davidson, belə qeyd edib: “Mən Quranı oxuduğum zaman özümü çox rahat hiss edirəm. Müsəlman yoldaşlarım da vardı və onlarla danışdım. Müsəlmanlar üçün ailənin əhəmiyyətini, həyat tərzini öyrəndim. Məni ən çox təşviq edən də bu oldu. Sonra da məscidə getdim və kəlmeyi- şəhadət gətirib müsəlman oldum, 5 yaşlı uşaqlarla məscidə gedərək dinimi öyrəndim”. İslamın daha çox sülh dini olduğunu dilə gətirən Davidson, “Daha sakitəm. Avropa mədəniyyətini bilirsiniz, davamlı gecə klublarında, çöldə insanlar olur. Mən müsəlmanlığı seçdikdən sonra heç hara getmədim. Spirtdən də istifadə etmədim” – deyə vurğulayıb.
O, başı örtülü olduğu üçün bəzən özünü də unutduğunu, işinə kimsə qarışmasa, çox rahat bir şəkildə hərəkət edə bildiyini deyib: “İnsanlar başadüşə bilirlər. Bu qərarımdan sonra məni facebooktan silən yoldaşlarım belə oldu. Bəziləri, İslam dininin qadınlara dəyər vermədiyini, onlar üçün alt səviyyədə olduğunu deyirlər”.
Hələ İslamiyyəti seçməmişdən əvvəl də özünü müsəlman kimi hiss etdiyini vurğulayan Davidson, ən çox Əl-Bəqərə surəsindən təsirləndiyini söyləyib. Hz.Məhəmmədin (s.ə.v.), “Cənnət anaların ayaqları altındadır” hədisi-şərifin də özü üçün çox məna ifadə etdiyini qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button