ArxivIslamXəbər lentiXəbərlər

Sovet rejiminin repressiyasına məruz qalan salyanlı Ayətullah

Həzrəti Ayətullah Ağa Mir Əşrəf Səlyani
 Ayətullah AğaMir Əşrəf Səlyani 1870-ci ildə Səlyan şəhərində anadan olmuşdur. Mədrəsə dərslərini məntəqənin alim və ruhanilərinin hüzurunda öyrənmişdir. Cavan yaşlarında Nəcəfi-Əşrəfə getmiş və orada on ildən çox böyük alimlərin elmindən bəhrələnmişdir.

Ustadları Ayətullah Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdi, Molla Məhəmməd Kazım Xorasani, Şeyxüşşəriə İsfahani olmuşdur

Təhsilini bitirdikdən sonra doğma torpaqlarına qayıdaraq orada dini maarifləndirmə, təbliğ, moizə və digər dini ictimai fəaliyyətlə məşğul olub. Erməni daşnaklarının məntəqənin müsəlman xalqına, xüsusi ilə də Səlyan, Lənkaran camaatına qarşı amansız hücumunda, duşmənlərə qarşı şərəfli mübarizədə Mərhum Ayətullah Ağa Mir Baqir Səlyani çox mühüm rol oynamış və zəhmətlər çəkmişdir. O, xalqın malı və canını qorumaq yolunda misilsiz xidmətlərə malikdir.

Kommunist rejiminin hakim olmasından sonra o da başqa alim və ruhanilər kimi ateist rejimin məmurlarının şiddətli şəkildə təqib, təhdid, işgəncə və əzab-əziyyətlərinə məruz qalır. Elə buna görə də övladlarından bir neçəsinə İrana getməyi tövsiyə edir. Onun bir sıra əsərləri olduğunu söyləyirlər. Amma təəsüflər olsun ki, onların heç biri indi mövcud deyil. Bu ilahi alim bir ehtimala əsasən 1940-ci ildə vəfat etdiyi söylənilir. Daim Allahın rəhmət sayəsində qərar tutsun!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button