Şoyqu Azərbaycan Təhlükəsizlik Şurasının sədri Ramil Usubov və prezident İlham Əliyevlə danışıqlar aparıb.
“Məsələlərin ən geniş spektri müzakirə olunub. İlk növbədə, bu, Cənubi Qafqazda təhlükəsizlikdir. Ermənistanla sülh sazişidir, onun 10-cu redaksiyası İrəvana verilib. Və təbii ki, Qərbin bu prosesə çox fəal müdaxilə etmək cəhdləridir”, – Şoyqu jurnalistlərə bildirib.
“Əlbəttə ki, İlham Əliyevin “3+3” formatında danışıqlar ideyasıdır. Biz bunu dəstəkləyirik və bu mövzunu da müzakirə etdik”.
Şoyqunun sözlərinə görə, bu formatdan təkcə Ermənistan-Azərbaycan nizamlanması üçün deyil, həm də bütövlükdə Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün istifadə edilməlidir.