Qafqaz.ir xarici mediaya istinadən xəbər verir ki, İslami məktəblərin İsveçdə müvəffəqiyyət dərəcəsi baxımından reytinqlərdə ən yüksək yerlərdə olmasına baxmayaraq, hökumət “təhsilin özəlləşdirilməsilə mübarizə” bəhanəsi ilə onları bir-birinin ardınca bağlayır.
Xatırladaq ki, bu il İsveçin keçmiş təhsil naziri Akselsson Kyeellblum bildirmişdi ki, hökumət “müstəqil dini məktəblərin qurulmasını qadağan etmək” niyyətindədir.
Bu qanunun hədəfi isə məhz islami məktəblərdir.
Hüquq-müdafiəçiləri deyirlər ki, islami məktəblər akademik göstəricilərinə görə ən yaxşılar sırasındadır. Bu qanun layihəsinin altında isə açıq-aşkar sağçı-radikal və islamofobiya yatır.
Stokholm yaxınlığındakı Framsteqskolan müsəlman məktəbinin direktoru Məhəmməd Hərrakinin sözlərinə görə, ölkədəki 20 islami məktəb hökumət tərəfindən qapadılma təhdidi ilə üzləşib və hələ ki, yalnız 3 məktəb öz fəaliyyətini davam etdirə bilir.
Avqust ayında isə Stokholmdakı islami uşaq bağçası da, az qala, qapadılırdı. Məmurları bağçanı uşaqların “radikallaşdırılmasında” ittiham etsələr də, məhkəmə vasitəsilə bu ittihamları rədd etmək mümkün olub və ora öz fəaliyyətini davam etdirə bilib.