Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşəcək.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.Məmmədyarov “AzərTAC” agentliyinə müsahibəsində deyib ki, 2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin: ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir.Məmmədyarov deyib. Nazir bildirib ki, münaqişənin həli ilə bağlı ümid həmişə var.
Məmmədyarovun Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ilk görüşü olacaq.