ArxivIslamXəbər lentiXəbərlər

Süleymani sui-qəsdində ABŞ-a İsraildən başqa kömək edən ölkə məlum oldu

İslamazeri.com  İran mediasına istinadən xəbər verir ki, Almaniya mərkəzi parlamenti “Bundestaq”da solçu partiyadan səkkiz nümayəndə dünən bu ölkənin kansleri Angela Merkelə və onun nazirlər kabineitnin üzvləriən qarşı cinayət işi qaldıraraq, onları İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general Süleymaninin terrorunda Vaşinqton ilə əlbir olmaqda ittiham edib.

Solçu partiyanın öz saytında dərc etdiyi bu şikayət ərizəsində Merkeldən əlavə, Almaniyanın xarici işlər, müdafiə və daxili işlər nazirləri Hayko Maas, Anneqret Kramp-Karrenbauer və Horst Zihoferin adları hallanır.

Bu parlament üzvlərinin şikayət ərizəsi Almaniyanın qərbində Ramsteyn hərbi bazasına qayıdır ki, məlumatlara əsasən, orada Qərbi Asiya və Afrika səmasında amerikan PUA-lara nəzarət üçün süni peyk gücləndirici stansiyasından istifadə olunur.

Almaniyada bir məhkəmə 2019-cu ildə bir hökm çıxardı. Həmin hökmə əsasən, dövlət Amerikanın Ramsteyn bazası ilə bağlı əməliyyatlarda beynəlxalq qanunlara hörmət edəcəyi barədə zəmanət verməlidir.

Həmin məhkəmənin hakimləri bildiriblər ki, Amerikanın Yəməndə PUA əməliyyatları keçirərkən Ramsteyn bazasından istifadə etməsi haqda aydın faktlar mövcuddur.

Qeyd edək ki, daha öncə İsrailin Süleymaniyə qarşı əməliyyat zamanı ABŞ-a dəstək verməsilə bağlı da məlumat yayılmışdı.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button