AktualAktualArxivIslammədəniyyatŞəkilSosialXəbər lentiXəbərlər
İstanbulda Fransa jurnalının Peyğəmbərə (s) hörmətsizliyinə qarşı etiraz aksiyası keçirildi-Foto

İstanbulda “Charlie Hebdo” jurnalının İslam Peyğəmbərinə (s) hörmətsizliyinə qarşı etiraz aksiyası keçirildi.
Qafqaz Həqiqətləri “İslamazəri”-yə istinadla xəbər verir ki, Fransa jurnalının İslam Peyğəmbərinə (s) hörmətsizliyinin ardınca bazar günü Türkiyənin İstanbul şəhərində etiraz aksiyası keçirilib.
Etirazçılar “Charlie Hebdo” jurnalının İslam Peyğəmbərinə (s) qarşı hörmətsizliyinin təkrar olunmasını İslama qarşı təxribatçılıq və təhrikedici addım adlandırıblar.
Aksiya iştirakçıları habelə Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin Fələstin ideyalarına xəyanətini, bu ərəb ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmasını pisləyiblər.