ArxivIslamXəbər lentiXəbərlər
Sumqayıtda İmam Hüseyn(ə)-ın adına əza məclisi keçirilib

Əziz islam peyğəmbəri Həzrəti Məhəmməd(s) nəvəsi, müsəlmanların üçüncü İmam Həzrəti Hüseyn(ə)-ın şəhadəti ilə əlaqədar Sumqayıt şəhərində əza məclisi keçirilib
Sumqayıtlı inanclıların təşkilatçılığı ilə keçirilən əza məclisində ruhani alimləri, Əhli-beyt(ə) məddahları və şəhər sakinləri iştirak ediblər. Məclisdə çıxış edən ruhani alimlər İmam Hüseyn(ə)-ın uca şəxsiyyəti Aşura hadisəsinin məram və məqsədləri, fəlsəfəsi haqqında söz açıblar.
Tədbir İmam Hüseyn(ə)-ın şəninə deyilən roizə, şer və mərsiyyələrlə sona çatıb. Sonda məclis iştirakçıları üçün İmam Hüseyn(ə) adına ehsan süfrəsi açılıb.