ArxivXəbər lentiXəbərlər

Sumqayıtda maaşa görə özünü yandıran şəxslə bağlı cinayət işi açıldı

Prokurorluq məlumat yayıb.

Sumqayıtda maaşını ala bilmədiyinə görə intihar etdiyi deyilən şəxsin işi ilə bağlı cinayət işi açılıb.

 Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, iyulun 24-də 1955-ci il təvəllüdlü Əliyev Məhəmməd Müzəffər oğlunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində üstünə neft məhlulu tökərək yanıq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı yanıq xəsarətlərindən iyulun 27-də orada vəfat etməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilməklə, M.Əliyevin intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, mərhumun bacısı Zemfira Əliyeva mətbuata açıqlamasında qardaşının özünü yandırmasına səbəb kimi 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsini göstərmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button