Ərdəbil imamcüməsi Suriya ermənilərinin işğal olunmuş Qarabağa köçürülməsi və bununla da Azərbaycan hakimiyyətinin və Azərbaycan ərazi bütövlüyünün pozulimasına işarə edərək Qarabağın Azərbaycandan ayrılmasını Amerika və Avropanın qəti planı olaraq qiymətləndirmişdir.
Qafqaz mədəniyyət mərkəzinin raportuna görə vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi bu həftəki cümə namazının xütbələrində Ərdəbil həkimlər ictimaiyyətinə və Reyhanə müəssisəsinə 24 mütəxəssis və ümumi həkimlərlə imam Sadiq (ə)ın şəhadətinin ildönümü münasibətilə beşinci il olaraq əyalətin sünni yaşayan məntəqələrində pulsuz müalicə və dərman xidmətlərinə görə minnətdarlıq etmişdir. Ayətüllah Amili həzrətləri bu proqramın 3-cü kanaldan yayımlanmasına görə radio-televiziya təşkilatına təşəkkür etmişdir.
O, həkimlərin bu təşəbbüsünü Ərdəbil əyaləti həkim ictimaiyyətinin xüsusi ləyaqətinin nəşanəsi kimi qiymətləndirib demişdir: bu təşəbbüs Ərdəbil əyaləti həkim ictimaiyyətinin yüksək insanpərvərlik hissiyyatından irəli gəlir və ölkə həkimlərinə örnək ola bilər. O ha belə bu təşəbbüsü şiə-sünni birliyinin yaranmasında və düşmənin təfriqə dəsisəninin puça çıxarəlmasında mühüm bir hərəkət olduğunu vurğulamışdır. Əyalətin xibrələr məclisindəki nümayəndəsi xütbənin digər hissələrində Amerika ordusu baş qərargah rəisinin İraq məsələsinin yeganə həllini o ölkənin parçalanması bildiyinə işarə edərək demişdir: bu sözlər Amerikanın orta şərq regionu üçün nəzərdə tutduğu məşum hədəflərini göstərir. Onlar həmin məqsədə çatmaq üçün İranın Suriya və İraqda olmamasını və region siyasətini dəyişdirməsini istəyirlər.
O artırmışdır: İran Suriya və İraqda məsləhətçi kimi olmasaydı indiyə kimi bu iki ölkə qətən parçalanmışdı. O, sözlərini davam etdirmişdir: onlar ölkələri parçalamaq üçün qarşı tərəflərin xəsarətlərini çoxaltmaq və onları parçalanmağa razılıq vermək məcburiyyətində qoymaqdır. Sudan da İsril silahları ilə 2 milyon nəfər öldükdən sonra parçalandı və dərhal cənubi Sudanda İsrailin hərbi bazası yrləşdirildi.
Ərdəbil imamcüməsi Suriya ermənilərinin işğal olunmuş Qarabağa köçürülməsi və bununla da Azərbaycan hakimiyyətinin və Azərbaycan ərazi bütövlüyünün pozulimasına işarə edərək Qarabağın Azərbaycandan ayrırılmasını Amerika və Avropanın qəti planı olaraq qiymətləndirmişdir.
O, Azərbaycan müdafiə nazirinin Qarabağ cəbhəsi əsgərlərinə “ biz yalnız mənəvi və dini əqidələrimizi gücləndirməklə Qarabağı geri ala bilərik” dediyi sözləri dəyərləndirmiş və onu Qarabağ azadlığı istiqamətində ümid qığılcımı kimi qiymətləndirmişdir.