ArxivXəbər lentiXəbərlər
Ermənistanda ticarətçilər hökumət binasını mühasirəyə alıblar

Bu gün səhər vergilərdən narazı qalan ticarətçilər Ermənistan hökumət binası qarşısında toplaşıblar. Onları baş nazir Karen Karapetyan qəbul etməli idi.
Oxu.Az bu barədə erməni KİV-nə istinadən xəbər verir.
Ticarətçilər iddia edirlər ki, baş nazir onlara mütləq qulaq asmalıdır.
Əgər onları qəbul edən olmasa, müsbət cavab alana qədər etiraz aksiyasını davam etdirəcəklər.