İstanbulda yerləşən Fatih məscidində şirniyyat paylanılıb
İslamazeri.az-ın Suriya mediasına istinadən verdiyi xəbərə görə, Suriyada “Əl-Qaidə” terror təşkilatının Suriyadakı qolu olan “Nusra Cəbhəsi” terror təşkilatının İdlibə bağlı Cisr əş-Şüğur şəhərinin cənubunda yerləşən ələvilərin yaşadığı İştəbrak kəndinə hücum etməsi nəticəsində ən azı 130 mülki şəxsin öldüyü bildirilib. Kənd sakinləri kütləvi qırğından qaçmaq istəsələr də, bu alınmayıb. “Twitter” sosial şəbəkəsində terrorçulara məxsus hesabda bildirilib ki, ələvilərin sıx yaşadığı növbəti Fua və Kafra kəndləri hədəfdədir və bu kəndlərdə kəsilməyən baş buraxmayacaqlar. Verilən məlumata görə, bu gün Fua kəndi terrorçular tərəfindən atəşə tutulub. Bununla yanaşı, “Nusra Cəbhəsi” terrorçularının Cisr əş-Şüğur şəhərində törətdiyi qətliam və şəhərin işğalı Türkiyənin İstanbul şəhərində yerləşən Fatih məscidində “qeyd” olunub. Belə ki, terrorçuların tərəfdaşları məsciddə şirniyyat paylayıblar. Qeyd edək ki, döyüşlərdə yaralanan terrorçular Türkiyə xəstəxanalarında müalicə almaq üçün sərhəddən keçirilir. Suriyada ələvilərin öldürülməsi Türkiyədə qeyd edildi (Foto)