ArxivIslamXəbər lentiXəbərlər
Ağcəbədidə tikilməkdə olan məscid sökülüb – Video

Ağcabədinin Qara kənd sakinləri tikintisi davam edən Məscidin icra hakimiyyəti tərəfindən söküldüyünü iddia edirlər.
Qafqaz.ir xəbər verir ki, sakinlərin sözlərinə görə, hadisə gecə saat 03:00-dan sonra gizli şəkildə sökdülüb.
Sakinlərin sözlərinə görə, məscid 3 il əvvəl kənd sakinlərinin şəxsi hesabına tikilməyə qərar verilib. Lakin yerli icra orqanı bunun qeyri-qanuni olduğunu deyərək tikintini dayandırıb. Bu gün səhər isə ağır teknikaların köməyi ilə yarımtikiili məscidin söküldüyü aşkar edilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.