ArxivXəbər lentiXəbərlər

Suriyada İŞİD-in daha 12 Azərbaycanlı ünsürü məhv edildi

qondarma “İraq və Şam İslam Dövləti” adlı terror qruplaşmasının sıralarında vuruşan Azərbaycan sələfilərindən 12-sinin öldürüldüyü xəbəri təsdiqlənib.

Məlumatlara görə, “İŞİD” terror qruplaşmasına bağlı Azəri taburunun 12 ünsürünün Suriya Kürd Pişmərgələri ilə aparılan döyüşlərdə məhv edildiyi bildirilir.

Belə ki, “İŞİD”-in Suriyanın Raqqa əyalətindəki “Kətibətul Azərbaycan” qrupunun ünsürləri Kürd Peşmərgələrinin kontrolunda olan bölgələrə hazırladıqları terror əməliyatında 12 ünsürünü itirib.

Ölənlər içərisində “İŞİD”-in Azərbaycan üzrə əmiri Musəb əl Azərinin də olduğu bildirilir.

Qeyd edək ki, sələfi resurslarının bildirdiyinə görə, son iki ildə Azəri taburu birçox terror əməliyyatları həyata keçirtmişdir. Azəri taburu istər Muhacir və Ənsar camaatına (Kətibətul Muhacirin) bağlı olduqları dönəmdə istərsə də, “İŞİD” terror birləşməsinə biət etdiyi dönəmdə birçox cinayət aktları həyata keçirərək 200-ə yaxın itki vermişdir.

Xatırladaq ki, Azərbaycan terrorçularının birçox qismi isə, “Nüsrə Cəbhəsi”, “Azad Suriya Ordusu”, “Ahraru Şam” və s. terror qruplaşmalarında da Suriya və İraq xalqına qarşı cinayət aktları törədirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button