ArxivIslamXəbər lentiXəbərlər

Suriyada sülhə nail olmaq üçün bu faktor çox önəmlidir

Suriyada və ümumilikdə Yaxın Şərqdə cərəyan edən hadisələr dünya güclərinin diqqət mərkəzindədir.

Bu ərazilərdə nəhəng dövlətlərin maraqlarının toqquşması Suriyanı qan çanağına döndərsə də, son günlər Rusiya və İranın müdaxiləsi ilə hökumət qüvvələri müxaliflərə və terrorçulara ağır zərbələr vura bilib. Artıq Suriyada sülhün bərqərar olunmasına ümidlər də artıb.

Bəs görəsən Suriya münaqişəsinin həllində region dövlətlərinin rolu nədən ibarətdir?

İslaminSesinin sualını politoloq Akif Heydərli cavablandırıb.Politoloq bildirib ki, Suriyada dekabrın 30-u gecədən başlayaraq atəşkəs rejimi tətbiq olunmağa başlanıb. Rusiya-Türkiyə anlaşması və atəşkəs barədə razılıq məhz bu tarixdən qüvvəyə minib. Bununla demək olar ki, Moskva və Ankara bu gün sülhün qarantı qismində çıxış edir.Amma düşünürəm ki, bu anlaşmaya sülhün tam qarantıdır demək və münaqişənin həll olunacağına inanmaq hələ tezdir. Məhz buna görə də davamlı sülhün əldə olunması üçün Moskva yeni addımlar atmaqdadır. Belə ki, rusiya prezidenti Vladimir putin Qazaxstan prezidenti Nursultan Nazarbayevlə Suriyada münaqişənin həllinə dair Astanada danışıqların keçirilməsini müzakirə edib. Danışıqlarda əsasən İran, Qətər və Səudiyyə Ərəbistanının iştirakı da nəzərdə tutulur. Rusiya xarici işlər naziri Lavrov çıxışında davamlı atəşkəsin əldə olunması və münaqişənin həlli üçün Ankara, Tehran və digər region dövlətlərinin həlledici fikirə sahib olmalarının vacibliyini vurğulayıb”.

Akif Heydərlinin sözlərinə görə, region dövləti olan Türkiyənin Suriya məsələsində tutduğu əvvəlki səhv mövqeyi məsələni xeyli qəlizləşdirmişdi: “Amma bunun Türkiyənin ziyanına olduğunu və ardıcıl terrora məruz qaldığını anlayan rəsmi Ankara, Rusiya ilə razılaşmaya getməli oldu. Necə deyərlər ziyanın yarısından qayıtmaq da xeyirdir. Amma məsələ bununla bitmir. Məncə ABŞ bu razılaşmanı, Rusiyanın məsələni Vaşinqtonsuz həll edəcəyini hələ ki, həzm edə bilmir. Bu mənada Astana görüşünə Qətərin və Səudiyyə Ərəbistanının gələcəyi və ya bu razılaşmaya tam dəstək verəcəyi inandırıcı görünmür. Hələ ki, ABŞ terrorcuları biri- birindən ayırır. Bu isə onun suriyada terroru hələ dəstəkləyəcəyi anlamına gəlir. Bütün hallarda İstər Suriya, istərsə də digər münaqişələr hər zaman dediyimiz kimi yalnız region dövlətlərinin birgə səyi ilə öz həllini tapa bilər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button