ArxivXəbər lentiXəbərlər
Fransız mer Şuşada

Dünən Fransanın Sent-Etyen şəhərinin meri Qael Perdrio Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Fransız mer Şuşa şəhərində olub və Şuşa “meri” Artsvik Sərkisyanla dostluq haqqında müqavilə imzalayıb. Müqavilənin imzalanmasında qondarma rejimin “xin rəhbəri” Masis Mailyan və Fransa-Qarabağ “dostluq qrupu”nun keçmiş rəhbəri Fransua Roşbluan iştirak edib.
Qeyd edək ki, Perdrio hazırda Fransa-Qarabağ “dostluq qrupu”nun hazırkı rəhbəridir.
Roşbluan isə Fransa parlamentinin keçmiş deputatıdır.