ArxivXəbər lentiXəbərlər

Türkiyə terrorçuları niyə tutmur? Ceyş əl-İslamın komandiri imicini dəyişib rahatca İstanbula dolaşır – Foto

Ceyş əl-İslamın komandirlərindən biri və şəriət məhkəməsininin səlahiyyətlisi Zeynəl Abidin Suriyadan çıxaraq Türkiyənin İstanbul şəhərinə gedib. Bu barədə araşdırmaçı Fadi Hüseyn  özünün Tvitter hesabında xəbər verib. Onun paylaşdığı fotolardan aydın olur ki, terrorbaşı İstanbulda saqqalını qırxaraq imicində dəyişiklik edib.

Yeri gəlmişkən qeyd edək ki, Ceyş əl-İslam  terror qruplaşmasının silahlılarının  Dəməşqin  cənub məhəllələrindən, o cümlədən  Muhəyyəm əl-Yərmukdan çıxarılması davam edir.

Bildirilir ki, silahlıların və ailə üzvlərinin  çıxarılması Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi ilə gəlinən razılıq əsasında həyata keçirilir. Ekstremistlər öz silahlarını  və şəhərin bu yerindəki döyüş mövqelərini  Suriyanın qanuni hökumətinə təhvil verirlər.

Dəməşqin cənub məhəllələrinin bir qismi  hələ də  İŞİD və «Ən Nursa» terror təşkilatının nəzarətində qalıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə  hazırda Muhəyyəm əl-Yərmuk rayonunun 65 faizi terrorçulardan azad edilərək Suriya qoşunlarının nəzarətinə keçib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button