ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
“Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı var”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını görür, ona görə də vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi vacibdir“.
Bunu fevralın 14-də KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov keçirdiyi brifinqdə bildirib.
Andrey Serdyukov vəziyyətin gərginləşməsinə görə başqa dövlətləri ittiham etsə də, ad çəkməyib:
“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var”.
“Digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin potensialından fəal şəkildə istifadə edilir. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq”, – deyə general-polkovnik əlavə edib.
Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə Yerevan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır:
