ArxivXəbər lentiXəbərlər
Türkiyədə terror: Ölənlər və yaralananlar var – YENİLƏNİB

Yaralıların arasında mülki vətəndaşlar da var.
Türkiyənin Diyarbəkir şəhərində avtovağzalın yaxınlığında polis maşını hərəkət edərkən partlayış baş verib.
Qafqaz,ir Türkiyə KİV-ə istinadən məlumat verir ki, hadisə nəticəsində 7 polis ölüb, 27 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Bundan əvvəl 6 polisin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilirdi.
Şahidlər hadisənin avtomobildə olan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini bildirirlər.
“CNN Turk” telekanalının məlumatına əsasən, partlayışdan sonra Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Həmçinin qeyd olunur ki, bu gün Diyarbəkir vilayətində Türkiyənin üç naziri – inkişaf naziri Cevdet Yılmaz, ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı, mədəniyyət və turizm nazir Mahir Ünal olublar.
20:25
Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində altı polis əməkdaşı həlak olub, 23 nəfər isə yaralanıb.
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarını daşıyan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb.
Yaralılar arasında mülki şəxslərin də olduğu bildirilir.
Məlumata görə, polis əməkdaşlarından üçünün vəziyyəti ağırdır.