Ötən həftənin cümə günü İranın Təbriz şəhərində böyük kütlənin iştirakı ilə yürüş gerçəkləşib.
General Qasim Süleymaninin anımı ilə əlaqədar gerçəkləşən yürüşə ölkənin sadə vətəndaşları ilə bərabər bir çox nüfuzlu şəxslər, şəhər rəsmiləri qoşulub.
Qasim Süleymani və Mehdi Mühəndisin xatirəsinə gerçəkləşən mərasimdə anti-Amerika şüarları səslənib. Yürüş Cümə namazından sonra baş tutub.