Təbrizdə kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlanaraq zərərsizləşdirilib.
İRNA xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun Kəşfiyyat bölməsi məlumat yayıb.
Bildirilib ki, “Bəsic qüvvələrinin ayıq-sayıqlığı nəticəsində Təbrizdə kustar üsulla düzəldilmiş partlayıcı qurğular aşkarlanıb və zərərsizləşdirilib.”
Əlavə edilib ki, bu partlayıcı qurğuları hazırlayanlar da ələ keçirilib.