Təbrizdə “Qarabağ İslam torpağıdır” adlı sessiya keçirilib (Foto)

Aprelin 7-də Təbrizdə jurnalistlər, mütəxəssislər və universitet tələbələrinin iştirakı ilə “Qarabağ İslam torpağıdır” adlı sessiya keçirilib.
Bu sessiyada Qafqaz məsələləri üzrə tədqiqatçı Mehdi Nalbəndi bölgənin tarixi keçmişindən bəhs edərək deyib: “Qarabağın əhəmiyyətini anlamaq üçün 20-ci əsrin əvvəllərinə nəzər salmaq lazımdır. Çarı İmperiyasının yıxılmasından sonra bu bölgədə kiçik respublikalar quruldu. Qarabağ bu dövrdə də mühüm məsələrdən biri idi.”
İran İslam Respublikasının rəsmi mövqeyinin Qarabağın Azərbaycana aid olduğu istiqamətində olduğunu qeyd edən Mehdi Nalbəndi Ermənistan-Azərbaycan müharibəsində Azərbaycana edilən maddi, hərbi və məsləhət yardımının çoxunun İran tərəfindən edildiyini söyləyib.
İranın Ermənistana silah yardım etməsi ilə bağlı iddiaları rədd edən Mehdi Nalbəndi bu iddialarda olanların əllərində hər hansı rəsmi sənədin olmadığını bildirib.
Tədbirin sonunda Qarabağın müsəlmanların qanuni haqqı olduğu və Azərbaycanın ərazi bütövlüyü içərisində həll olunacağına inanıldığı qeyd olunub.