Təbrizin fars dili və ədəbiyyatı akademiyası, azəri dili kurslarına start verib.
Qafqaz mədəniyyət mərkəzinin verdiyi hesabatda bildirilir ki, fars dili və ədəbiyyatı akademiyasının nəznində fəaliyyət göstərən “şəhriyar” adlı komitə azəri dilində siniflər təşkil etməyə başlamışdır. Bu komitə mahiyyət etibarilə və fəaliyyətlərinin qeyri siyasi olduöundan dolayı, camaat arasında da etibar qazanmışdır.
İran İslam Respublikasının kontutusiyasına əsasən, mədəni və qeyri hökumət təşkilatlarının məntəqələrə aid olan dillərin tədris etməsi yönündə fəaliyyət göstərə bilərlər.
Şəhriyar adına tədqiqat mərkəzininəsasnaməsində bildirildiyi kimi, mərkəzin əsas məqsədi Şəhriyar, o cümlədən digər azəri şair və ədiblərinin, azəri dili və ədəbiyyatının araşdırılması və əsərlərinin nəşr olunması üçün təsis olunmuşdur.
Xanım Mehri Baqiri, bu komitənin rəhbərlik vəzifəsini öz üzərinə götürmüşdür