Təbrizin imam cüməsi: Netanyahunun Bakıya səfəri müsəlmanlara hörmətsizlikdir

Netanyahunun Azərbaycan Respublikasına səfəri müsəlmanlara hörmətsizlikdir
Qafqaz Mədəniyyət Mərkəzi –Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına səfərinə toxunaraq deyib: “Netanyahunun bütün əhalisi müsəlmanlardan ibarət olan bir ölkəyə səfəri sionistlərin bütün müsəlmanlara nüfuzuna və təhkim edilməsinə yol verməkdir”.
Ayətullah Şəbüstəri əlavə edib: “Azərbaycan Respublikasının hakimiyyəti bu ölkədə müsəlmanların dini mərasim keçirmələrinə qarşı çıxdı, ancaq bu səfərə icazə verməklə o ölkənin əhalisinə, qonşu ölkə və dünya müsəlmanlarına hörmətsizlik göstərdi”.
Təbrizin imam cüməsi gələn həftənin münasibətləri arasında 27 azərin (17 dekabr) hövzə və universitetin vəhdət günü olduğunu xatırladaraq deyib: “Ayətullah Müfəttihin şəhadət günü hövzə və universitetin vəhdət günüdür. O, universitet və hövzəni birləşdirici bir vasitəçsi idi. Ayətullah Müfəttih İlahiyyat universitetinə daxil olanda istismarçıların muzdur qrupu vasitəsilə terror edildi. Mərhum İmam bu günü hövzə və universitetin vəhdəti günü adlandırdı”.