AktualAktualArxivXəbər lentiXəbərlər
Ayətullah Müctehid Şəbistəri: Qarabağ İslam torpağı olaraq Azərbaycana qaytarılmalıdır – See more at: http://islamazeri.az/ayetullah-muctehid-sebisteri-qarabag-islam-torpagi-olaraq-azerbaycana-qaytarilmalidir–35926.html#sthash.he4W7P62.dpuf

“Xobreqan” məclisinin üzvü, Təbrizin imam cüməsi Ayətullah Müctehid Şəbistəri DQİDK-nin sədri Mübariz Qurbanlı ilə görüşündə deyib: “Bu kimi hərəkətlərə qarşı tam birləşmək və həmrəy olmaq lazımdır. Bizim dini öhdəliyimiz tələb edir ki, haqqı söyləyək və məzlumların yanında duraq, biz sona qədər bu metodu davam etdirəcəyik, Qarabağ İslam torpağıdır və Azərbaycana qaytarılmalıdır ona görə ki, İslamın təninin bir parçasıdır.” Ümumdünya Əhli-beyt (ə) Assambleyasının Ali Şurasının sədri həmçinin deyib: “Düşmən müsəlmanlara qarşı yorucu hərəkətlər ardıncadır, bu kimi şeytanlıqlar qarşısında tam birləşməli və həmrəy olmalıyıq ona görə ki, and içmiş düşmən məğlubiyyətə uğrasın.” Müctehid Şəbistəri sözlərinin davamında “Gənclərimizin İslam və Quran təlimləri ilə ünsiyyətdə olmaları üçün müəyyən təşəbbüslər həyata keçirilməlidir ona görə ki, gənclər və cəmiyyət üzvləri nə qədər din ilə ünsiyyətdə olarlarsa bir o qədər cəmiyyətin izzət və şərəfi yüksələcək, Azərbaycanın da bu reallığa ciddi yanaşması öz töhfəsini verər.”, – deyə əlavə edib. Ayətullah Şəbistəri dindarlığın cəmiyyətdə sabitlik və təhlükəsizliyə səbəb olduğunu bildirərək deyib: “Azərbaycan rəhbərlərinin ruhanilərə dəstək vermələri və onların potensiallarından istifadə etmələri dini təlimlərin geniş yayılmasına gətirib çıxarar.” Komitə sədri isə “Təəssüf ki, dünyanın bəzi regionlarında dini və etnik zəmində qarşıdurmalar mövcuddur və bu qarşıdurmalar nəticəsində minlərlə insan qətlə yetirilir. Silahlı qruplaşmalar İslam dini adından sui-istifadə edərək terrorçuluqla məşğul olurlar. Bunların qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək lazımdır”, – deyə bildirib.