AktualAktualArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Təhlükəsizlik komissiyasının üzvü: Cənab Əliyevin sərhədlərimizin arxasındakı israilliləri qarşılayacağını gözləmirik

İslami Şura Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü deyib: “Bizim ölkəmiz Azərbaycan və digər qonşu ölkələr qarşısında qonşuluq haqqını çox yaxşı yerinə yetirmişdir. İlham Əliyev İsrailin son 30 ildə etdiyi təxribatçı hərəkətlərini bilməlidir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Fədahüseyn Maliki Azərbaycan Respublikası prezidentinin İranın hərbi təlimləri barədə müdaxilə xarakterli açıqlamasına, İranın heç vaxt bölgədə hər hansı qarşıdurma başlatmadığına, yalnız öz ərazi bütövlüyünü qorumasına ciddi yanaşdığına işarə edərək deyib: “Cənab Əliyevin sərhədlərimizin arxasında israilliləri qarşılayacağını gözləmirik. SEPAH və ordu qüvvələrinin həyata keçirdiyi hərbi təlimlər dəqiqən məna daşıyır, ancaq Azərbaycanın ərazi bütövlüyü üçün təhlikəli və təhdid xarakteri deyil.”

Maliki vurğulayıb: “Dostumuz Azərbaycan ölkəsindən gözləntimiz budur ki, İranın bu ölkənin hamisi olduğunu bilsin. Bizim ölkəmiz Azərbaycan və digər qonşu ölkələr qarşısında qonşuluq haqqını yerinə yetirmişdir. Əliyev İsrailin son 30 ildəki təxribatçı hərəkətlərini bilməlidir və sionist rejimi İslam ölkələri arasında təfriqə salmaq istəyir.

Əgər bir hadisə olsa və İranın sərhədlərinə tərəf İsraildən bir güllə atılsa, Əliyev ilk qurbanın onun özü olacağına şübhə etməsin. Çünki ölkəmizin ərazi bütövlüyü bizim qırmızı xəttimizdir. Hərbi və təhlükəsizlik qüvvələri ölkənin ərazi bütövlüyü və sakinlərin toxunulmazlığını qorunmasına birbaşa cavabdehdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button