ArxivIslamXəbər lentiXəbərlər

Təkbaşına aksiya keçirən gənc inzibati həbs edilib

Gəncin neçə sutkalıq həbs edildiyi bildirilmir

Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında yanvarın 25-də təkbaşına aksiya keçirərkən polis tərəfindən saxlanılan Rafael Hüseynzadə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.

Bu barədə “Amerikanın Səsi”nə onun atası Füzuli Hüseynov bildirib.

F.Hüseynov bu gün oğlunun orada saxlanılmasını həmin məntəqəyə gedərək öyrənib. Lakin ona Rafael Hüseynzadəyə neçə sutka inzibati həbs verildiyini bildirməyiblər.

Bununla yanaşı, Bakının Nəsimi Rayon Məhkəməsinin rəsmi saytında bildirilir ki, Rafael Hüseynzadə barədə hakim Elməddin Hüseynov qərar çıxarıb. O, İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) ittiham olunub. Lakin məhkəmənin rəsmi saytında Hüseynzadəyə neçə sutka həbs verildiyi barədə məlumat yoxdur. Bu maddənin sanksiyasında bir ayadək inzibati həbs nəzərdə tutulur.

Rəsmi qurumlardan, o cümlədən məhkəmədən Rəfael Hüseynzadənin saxlanılmasının səbəbləri ilə bağlı məlumat almaq hələlik mümkün olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button