Təkfirçilik və ekstermizm əleyhinə beynəlxalq konfrans işə başladı

İran mətbuatına istinadən verdiyi xəbərə görə, İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda beynəlxalq konfrans bu gün öz işinə başlayıb.
Konfrans nüfuzlu İslam alimi Ayətullah Məkarim Şirazinin təşkilatçılığı ilə baş tutub. O, konfrans zamanı təkfirçilklə mübarizədə alimlərin roluna diqqət çəkib: “İslam dini hətta qeyri-müsəlmana qarşı belə məhəbbət və mehribançılıq sərgiləyən dindir. Biz mütləq dünyaya sübut etməliyik ki, onların (təkfirçilərin) tutduqları və getdikləri yolun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Təkfirçilərə aldanmış cavanlara gəldikdə isə, onların hesabları təkfirçilərdən tam fərqlidir. Azğın qruplaşmaya qarşı silahlı mübarizə aparmaq vacibdir amma bu kifayət etmir. Onların kökü mütləq İslam alimlərinin əli ilə qurudulmalıdır”.
Tədbirə Azərbaycanda Seyid Əli Əkbər Ocaq Nejat, QMİ sədri Allahşükür Paşazadə, Şahin Həsənli, Mircəfər Əyyubzadə və başqaları qatılıb.
Dünyadan onlarla alim və ilahiyyatçının qatıldığı tədbir iki gün davam edəcək.