Tələbə Bəsic Ofisləri və Beynəlxalq Mərkəzlərin Azərbaycan Respublikasında İslam əleyhinə tədbirlərlə bağlı bəyanatı

İranın Beynəlxalq Mərkəz və Tələbə Bəsicinin ölkə üzrə ofisləri bəyanat yayaraq Azərbaycanda bir sıra İslam alimlərinin haqsız yerə həbsinə və İslam dininin müqəddəslərinə hörmətsizlik edilməsinə reaksiya verib.
Qafqaz Həqiqətləri “Daneshjo” saytına istinadla xəbər verir ki, Beynəlxalq Mərkəz və Tələbə Bəsicinin ölkə üzrə ofislərinin bəyanatında vurğulanır: “Din iddiasında olan Azərbaycan Respublikası hökumətinin dindirmə bəhanəsi ilə müsəlmanların ən əsas və ən mühüm əqidəsinə, yəni Uca Allaha və məsum imamlara (əleyhissalam) hörmətsizlik etməyə necə yol verdiyi təəccüb doğurur!”
Bəyanatın mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُمْ مَنْ قَضَى نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا
“Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər.” (“Əhzah” surəsi, ayə 23)
“Azərbaycan hökumətinin xeyir və məsləhəti xalqın dini hissləri ilə birgəlik göstərməkdədir. Belə ki, onların hökumətdən dini məsələlərlə bağlı narahatlığı qalmamalıdır.”
İmam Xamenei, 5 mart 2017
Son günlərdə siyasi motivlərlə Azərbaycanın hakim rejiminin həbsxanalarında saxlanılan Azərbaycanın islamçı liderlərindən olan Hacı Tale Bağırzadə və bir neçə digər dindar məhbusun istintaqçıların Allahı və İslam müqəddəslərini dəfələrlə təhqir etmələrinə etiraz olaraq aclıq aksiyası keçirməsi xəbəri yayıldı. Din iddiasında olan Azərbaycan Respublikası hökumətinin dindirmə bəhanəsi ilə müsəlmanların ən əsas və ən mühüm əqidəsinə, yəni Uca Allaha və məsum imamlara (əleyhissalam) hörmətsizlik etməyə necə yol verdiyi təəccüb doğurur!
Təbii ki, son illər Azərbaycan Respublikasında bir çox hallarda İslama zidd hərəkətlərin şahidi olmuşuq.
Biz İslami İranın müsəlman tələbələri, ilk növbədə Azərbaycan Respublikası hökumətinin dərhal üzr istəməsini, bölgədə qəsbkar sionist rejimin təhlükəsiz bazasına çevrilmiş bu hökumətin hər hansı deislamizasiya və islamafobiyaya son qoymasını tələb edirik. Eyni zamanda xəbərdarlıq edirik ki, Əbrəhə ordusunun aqibətindən dərs alsın, İslam və onun müqəddəslərinə qarşı çıxmağı dayandırsın.
Biz tələbələr Azərbaycanda islamçı hərəkatlara dəstəyimizi elan edir, Hacı Tale Bağırzadənin və hökumətin həbsxanasındakı digər aclıq aksiyası keçirən dindarların vəziyyətinin dərhal araşdırılmasını tələb edirik. Habelə, İslam dini etiqadına əməl etdiklərinə görə şərlənərək həbs edilmiş siyasi məhbusların azadlığa buraxılmasını və bu ölkədə islami hərəkat rəhbərlərinə qarşı sərt tədbirlərin dayandırılmasını istəyirik.
Sonda Azərbaycan Respublikası hökumətinə xəbərdarlıq edirik ki, ən zəif evlər Qüdsü işğal etmiş rejimin hörümçək evidir və siz ondan yapışıb ölkənizin qapılarını bu qəsbkarların üzünə açmısınız. Çox keçməyəcək ki, bu zəif ev viran olar. Odur ki, mümkün qədər tez aqibətiniz haqda düşünün.
Salam olsun hidayətə tabe olanlara
İslam Məzhəbləri Universitetinin Tələbə Bəsici
Şəhid Behişti Universitetinin Tələbə Bəsici
Cənubi Tehran Azad Universitetinin Tələbə Bəsici
Şəhid Rəcai Tərbiyəti-Dəbir Universitetinin Tələbə Bəsici
Malik Əştər Sənaye Universitetinin Tələbə Bəsici
Xarəzmi Universitetinin Tələbə Bəsici
Şəmsipur Universitetinin Tələbə Bəsici
Əbrar Universitetinin Tələbə Bəsici
Əz-Zəhra Universitetinin Tələbə Bəsici
İmam Hüseyn (ə) Came Universitetinin Tələbə Bəsici
Üsulid-din Universitetinin Tələbə Bəsici
Tərbiyəti-Müdərris Universitetinin Tələbə Bəsici
Şimali Tehran Azad Universitetinin Tələbə Bəsici
Şəriəti Universitetinin Tələbə Bəsici
Hörmüzqan Əyalətinin Mövqeini Açıqlayan Şura
Böyük Tehran Bölgəsinin Beynəlxalq Mərkəzi
Tehran Əyalətinin Beynəlxalq Mərkəzi
Qəzvin Əyalətinin Beynəlxalq Mərkəzi
Kürdüstan Əyalətinin Beynəlxalq Mərkəzi
Kohgiluyə və Buyer Əhməd Əyalətinin Beynəlxalq Mərkəzi
Mazandaran Əyalətinin Beynəlxalq Mərkəzi
Hörmüzqan Əyalətinin Beynəlxalq Mərkəzi
Ərdəbil Əyalətinin Beynəlxalq Mərkəzi
Kerman Əyalətinin Beynəlxalq Mərkəzi
Gülüstan Əyalətinin Beynəlxalq Mərkəzi
Şəhid Behişti Universitetinin İmam Xomeyni Beynəlxalq Mərkəzi
İmam Sadiq (ə) Universitetinin Tələbə Bəsicinin Ümumdünya Müqavimət Ofisi
Şəhid Mütəhhəri Ali Mədrəsəsinin Beynəlxalq Mərkəzi
Şahid Universitetinin Beynəlxalq Mərkəzi
İmam Sadiq (ə) Qadınlar Universitetinin Beynəlxalq Mərkəzi
İslam Məzhəbləri Universitetinin Beynəlxalq Mərkəzi
Tehran Tibb Elmləri Azad Universitetinin İbrahim Milləti Beynəlxalq Mərkəzi
Xacə Nəsirəddin Tusi Universitetinin Beynəlxalq Mərkəzi
Elm və Sənaye Universitetinin Şəhid Muğniyə Bəsic Qərargahı
Əllamə Təbatəbai Universitetinin Beynəlxalq Mərkəzi
Hörmüzqan Universitetinin Tələbə Bəsic Beynəlxalq Mərkəzi