Tehran Universitetləri Tələbə Bəsici Beynəlxalq Nüvələri Təşkilatı Azərbaycan dövlətinin son bəyanatları və baş verən son hadisələrlə əlaqədar bəyanat yayıb.
Məhəmməd və onun ailəsinə salam göndərir və həzrət Sahibəzzamanın (əc) sağlamlığını arzu edirik.
Hörmətlə, əvvəlcə lazım bilirik ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasında özünü göstərən Sizin xarici siyasət sahəsindəki zəhmət və səylərə görə minnətdarlığımızı bildirək. Ümidvarıq ki, Sizin təlaşlarınız sayəsində İran Xarici İşlər Nazirliyinin dünya ölkələri, xüsusilə də bölgə ölkələri ilə anlaşmaları daha da artacaq.
Bildiyiniz kimi, son bir neçə gündə xarici dövlətlərin, əsasən də qondarma sionist rejimi və Ərdoğanın totalitar siyasətinin təhriki ilə baş tutan Azərbaycan Respublikasının separatçı deputatlarının ifadələri ilə eyni zamanda, bu ölkə hökumətinin gərginlik yaradan hərəkəti və İran İslam Respublikasının Şərqi Avropa və digər ölkələrlə ən önəmli çıxış yollarından sayılan Gorus-Qafan yolunun bağlanması, habelə, iranlı sürücülərin həbs edilməsi və onların vətəndaşlıq hüquqlarının pozulması İran İslam Respublikasının şəhid yetişdirən və inqilabçı xalqının Bakının anti-İran və təxribatçı mövqeinə qarşı ictimai rəyini narahat etmişdir.
Sizin xarici işlər naziri vəzifəsinə gəlməyinizlə İran İslam Respublikasının diplomatik aparatında fundamental və transformativ yanaşma və atılmış müsbət addımlara baxmayaraq, siyasət aləmində bəzi hərəkət və reaksiyalarda tərəddüd və passivliyə düçar olmuşuq. Çox təəssüf edirik ki, İran İslam Respublikasının Azərbaycan Respublikasında səfiri cənab Seyid Abbas Musəvi çox passiv, çox vaxt isə İran İslam Respublikasının maraqları və Ali Məqamlı Rəhbərin (Allah onun ömrünü uzun etsin) göstərişləri ilə uyğun olmayan və zidd mövqe sərgiləyir. Bu məsələ cənab Seyid Abbas Musəvinin siyasi istiqamətlərdə İranın Xarici İşlər Nazirliyi ilə daha çox əlaqələndirilməsini tələb edir.
Tehran Universitetləri Tələbə Bəsici Beynəlxalq Nüvələri Təşkilatı Sizdən xarici işlər naziri və əzəmətli İran xalqının ümumi diplomatiya və beynəlxalq işlərdə rəsmi təmsilçisi kimi xahiş edir ki, Azərbaycan Respublikası hökumətinin gərginlik yaradan hərəkəti və ölkəmizin şimal-qərb sərhədlərində qonşuluq haqqını yerinə yetirməmələri qarşısında uyğun, inqilabçı, qətiyyətli və açıq mövqe göstərəsiniz.
Şübhəsiz ki, bu hərəkətlərə uyğun və hərtərəfli cavab verilməsi İran İslam Respublikasının diplomatiya sahəsindəki gücünü göstərəcək, Azərbaycan Respublikasının bu qəbil hərəkətlərinin və tamahkarcasına bəyanatlarının qarşısını alacaqdır.
Bu illər ərzində İslami İran, yaxşı qonşuluq prinsipinə əməl etmək və bölgə ölkələrinin ərazi bütövlüyünə təcavüz etməməklə yanaşı, etibarlı və layiqli tərəfdaş olduğunu sübuta yetirmişdir, ancaq heç vaxt sionist qüvvələri ilə birlikdə təkfirçi-terrorçu qüvvələrin İran sərhədləri boyunca yerləşməsinə dözməyəcək. Bu mövzu Azərbaycan Respublikasına da aiddir, danışıqlar və diplomatiya nəticəsiz qalarsa, bizim danışığımız meydanla birlikdə olacaq. Bu yanaşma İran İslam Respublikasının bütün vacib dövrlərdə regional və beynəlxalq iqtidarlı siyasətidir.
Tövfiq Allah tərəfindəndir.
– İslam Məzhəbləri Universiteti Bəsicinin Beynəlxalq və Tələbkarlıq Nüvəsi
– Şəhid Behişti Universiteti Bəsicinin Beynəlxalq Nüvəsi
– Malik Əştər Zabitlik Universiteti Bəsicinin Beynəlxalq Nüvəsi
– Tehran Universiteti Bəsicinin Beynəlxalq Nüvəsi
– İmam Sadiq (ə) Universiteti Bəsicinin Beynəlxalq Nüvəsi
– Mühəqqiq Ərdəbili Universiteti Bəsicinin Beynəlxalq Nüvəsi