ArxivXəbər lentiXəbərlər

Təmas xəttində Azərbaycan R. hərbçiləri erməni qadını saxlayıblar

Bir Ermənistan vətəndaşı təmas xəttində həbs olunub.

Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə, 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, noyabrın 8-də saxlanılan Ermənistan Respublikasının vətəndaşı ilə beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button