Bu gün KXCP qərargahında Qarabağ Komitəsinin novbəti toplantısı keçirilib.
qafqaz.ir Faktxeber.com verdiyi məlumat gore. gündəmdə təşkikatı məsələlər, Qarabağ Komitəsinin 2019-cu il üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi, 15 dekabr mitinqinə qoyulan qadağa və məhkəmə prosesləri, yeni mitinqin təyin olunması və cari məsəıələr müzakirı olunub.
Qarabağ Komitəsi jurnalist Dəyanət Babayevin, AXCP Rəyasət Heyətinin üzvü Məhəmməd Məcidlinin, keçmiş Qarabağ döyüşçüsü Tahir Axundovun, ADP Kəlbəcər rayon təşkilatının sədri Nəsimi Mahmudovun və Qarabağ Azadlıq Təşkilatının üzvü, keçmiş döyüşçü Elmidar Əsədovun müraciətlərini nəzərə alaraq onları Komitəyə üzv qəbul edib. Sonra qadağan olunan mitinq və yeni mitinq müzakirələri olunub. Qərarlaşdırılıb ki, yanvar ayının birinci ongünlüyündə yeni mitinqin tarixi müəyyənləşdirilsin və bunun üçün Koordisiya Qrupuna səlahiyyət verilsin.
Daha sonra Qarabağ Komitəsinin təşkil etdiyi və Şəhid ailələrinə verilməli olan “qan pulu” məsələsi müzakirə olunan dəyirmi masa keçirilib. Dəyirmi masada və başqa məsələlərdəki müzakirələtdə İsgəndər Həmidov, Pənah Hüseyn, Akif Nağı, Əvəz Zeynalıı, Cəfər Baxış, Mirmahmud Mirəlioğlu, Məhəmməd Məcidli, Sahib Mirzəyev, Əlövsət Sadıqlı, Sahib Kərimli, Yusif Süleymanlı, Əhəd Məmmədli, Həsən Həsənov, Taleh Əliyev, İlqar Əli, Rəşid Əlibəyli, Rövşən Məmmədli, Firuz İbrahimov və digərləri çıxış edərək fikir bildiriblər.