ArxivXəbər lentiXəbərlər

Tərtərli ruhani MTN-ə çağırıldı- Təşkilatlardan mövqe

Buna səbəb ötən gün baş verən hadisə olub. Belə ki, Tərtər rayon Cümə məscidinin axundu ilahiyyatçıya dini libas geyindiyinə görə irad bildirib
Qafqaz.ir-in Azadxeber.az saytına istinadən xəbər verir ki, ilahiyyatçı Elsəvər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinə çağırılıb. Buna səbəb  ötən gün baş verən hadisə olub. Belə ki, Tərtər rayon Cümə məscidinin axundu ilahiyyatçıya dini libas geyindiyinə görə irad bildirib. İlahiyyatçı Elsəvər Əliyev isə bununla razılaşmayıb və çıxışlarına həmin geyimlə davam edib. Bundan sonra axund ilahiyyatçıdan polisə şikayət edib.

Şikayət əsasında Elsəvər Əliyev bir neçə saatlıq polis tərəfindən saxlanılıb. Ardınca ilahiyyatçı sərbəst buraxılıb. Bu gün yenidən təzyiqlərə məruz qalan ilahiyyatçı E.Əliyev MTN-nin Tərtər rayon şöbəsinə çağırılıb. Onu da qeyd edək ki, Tərtər rayonundan Suriya və İraqa döyüşmək üçün gedən terrorçuların sayı elə də az deyil. Bununla bağlı mətbuatda dəfələrlə məlumat dərc olunub.

Bu gün sözügedən rayondan vəhhabilərin çoxluq təşkil etdiyi halda, şiə  ilahiyyatçının təzyiqlərə məruz qalması suallar doğurur. Dini rəvayətlərə görə, ilahiyyatçının geyindiyi libas Peyğəmbər (s) libası ilə eynidir.

Məsələ ilə bağlı “Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırzadə AzadXeber.az-a açıqlamasında hadisəni pislədiyini və dərhal təzyiqlərə son qoyulmasını tələb etdiyini bildirib. Həmçinin “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri ilahiyyatçı Ruhullah Novruzzadə İslamazeri.az-a Elsevər Əliyevə olunan təzyiqlərdən danışıb: “Elsevər Əliyevlə şəxsi tanışlığım var. Qum hövzəsində uğur qazanmış tələbələrdən, din üçün canı yanan və çalışan ruhanilərdəndir. Onun buna görə hüquq-mühafizə orqanlarına çağırılması səbəbi yersiz olduğu kimi, utanc vericidir. Peyğəmbər libasına görə ruhaninin saxlanılması həqiqətən gülüncdür. Şükürlər olsun ki, artıq ölkədə dini ainlərə qarşı hörmətsizlik olduqda ictimai qınağa tuş gəlir. Dindar və ruhanilərin bu hadisəyə öz etirazlarını dil və lazım gələrsə əməldə göstərəcəyinə şübhəmiz yoxdur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button