ArxivIslamXəbər lentiXəbərlər

Təvəssül – Allaha yaxınlaşmaq vasitəsi

Təvəssül sözü ərəb sözü olaraq, “vəsələ” sözündən götürülmüşdür. Mənası bir şəxsə yaxınlaşmaq deməkdir. Hədislərin birində oxuyuruq ki, təvəssül şəfaət məqamıdır, Qiyamət günü Peyğəmbərə (s) və onun mübarək Əhli-beytinə (ə) veriləcəkdir. Bəziləri onu Allah qürbünə yaxınlaşmaq vasitəsi kimi dəyərləndirir.

Quran insanlara əmr edir ki, daima Allaha yaxınlaşmaq üçün vasitə axtarışında olsunlar. “Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız”. (“Maidə” 35).

Bu ayədən belə başa düçmək olur ki, Allaha yaxınlaşmaq vasitələrdən asılıdır.

Bəs bu vasitə nədir?

“Nəhcul-bəlağə”də bu vasitələrin bir neçəsinə işarə edilmişdir. İmam Əli (ə) buyurur: “İnsanların Allaha yaxınlaşmasının ən yaxşı vasitəsi – Allaha və Peyğəmbərə (s) iman bəsləmək, Allah yolunda cihad etmək və o tövhiddir ki, insan fitrətinə qatışmışdır. Həmçinin namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allah evinin həcci,

sileyi-rəhm, gizli və aşkar sədəqə vermək, yaxşı işlər görməkdir”.

İmam Əli (ə) Peyğəmbər (s) üçün dua edən zaman Allahdan vasitə istəyir və buyurur: “Allahım! Ona Öz yanında ali məqam ver və Özünə yaxınlaşmaq vasitəsini ona inayət et. Ona ali mərtəbələr bağışla, bizi də onun dəstəsindən məşhur et”.

Allah buyurur ki, Onu gözəl adlarla yada salaq. Ona görə də Allahı Quranda zikr edilən adlarla yada salsaq, daha yaxşı olar. İstər bu adlar Onun zati sifətləri olsun: Alim, Qadir kimi, istərsə də feli sifətləri olsun: Xaliq və Raziq kimi. İstər kamal sifətləri olsun: Səmi, Bəsir kimi, ya pak olmasına işarə edən sifətləri olsun: Quddus kimi.

Nəql edilir ki, Həzrət Peyğəmbər (s) bir kişinin səsini eşidir ki, Allahı bu adlarla çağırır:

اللّهم انّی أسألک الا الهَ الاّ أنت الأحدُ الصمد الّذی لَمْ یَلِد و

لَمْ یُولد و لَم یَکُن له کفواً أحد

Həzrət Peyğəmbər (s) ona buyurur: “Allahı böyük adı ilə çağırdın və əgər o adla çağırılarsa, duaları qəbul edər və əgər istək, dilək olunarsa, əta edər”.

Həzrət (s) başqa yerdə buyurur: “Quranı oxuyun, onun vasitəsilə Allahdan istəyin”.

Mömin qardaşın duasına təvəssül etmək də bu vasitələrdən biridir. Çünki ərş həml edən mələklər belə bu möminlər üçün istiğfar istəyər. O, möminlər ki, iman baxımından o birilərindən irəlidədir, başqa möminlər üçün dua edərlər. “Onlardan (mühacirlərdən və ənsardan) sonra gələn (mömin)lər deyərlər: «Ey Rəbbimiz, bizi və bizdən öncə iman

gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin və xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli və mehribansan». (“Həşr” 10). Başqa biri üçün edilən dua qəbul olar və mömin qardaşdan dua etməsini istəməyin mühüm səbəbləri vardır.

Həzrət Peyğəmbərdən (s) nəql edilir ki: “O zaman ki, azan verənin səsini eşidərsiniz, onu təkrar edin. Sonra mənə salam göndərin. Hər kim mənə salam göndərərsə, Allah on qat savab verər. O zaman mənim üçün Allahdan vasitə istəyin. Bu elə bir məqamdır ki, behiştdə ancaq bir Allah bəndəsinə layiqdir. Mən ümid edirəm ki, həmin bəndə olaram. Hər kim mənim üçün vasitə istəyərsə, mənim şəfaətim onun üçün rəvadır”.

İmam Səccad (ə) öz nökərlərindən birinə buyurur: “Get, Rəsulallahın (s) qəbrinin yanına, iki rükət namaz qıl. Mənim haqqımda istiğfar et”. Nökəri bu dediklərini yerinə yetirən kimi, Həzrət (ə) onu azad edir.

Əli ibni Muhəmməd Həccal İmam Hadiyə (ə) məktub yazıb, deyir: “Ayağımda bir növ xəstəlik əmələ gəlmişdir. Qalxa və otura bilmirəm. Əgər məsləhət bilsəniz Allahdan mənim üçün şəfa diləyin. Mənə vacibatlarımı yerinə yetirməkdə yardım edin”.Quranda oxuyuruq ki, keçmiş ümmətlər də zamanının peyğəmbərindən onlar üçün dua etmələrini istəyirdilər. Yusifin qardaşlarının əhvalatında olduğu kimi. Üzlərini Yəquba tutub, onlar üçün istiğfar etməsini istəmişdilər.

“Onlara: «Gəlin, Allah Rəsulu sizin üçün bağışlanmaq diləsin” (“Munafiqun” 5).

Şübhəsiz ki, İslam Peyğəmbərinin (s) Allah yanında məqamı çox ucadır.

Ona görə də o Həzrətin (s) etdiyi dualar da sözsüz qəbul olar.

Allaha çatmağın vasitələrindən biri də təvəssül duasıdır. Bu duada 14 Məsumun (ə) adını çəkir və onlara təvəssül edir, onlardan bizim üçün şəfaət diləməsini istəyirik. Bu duanı oxumağın xüsusi zaman və məkanıyoxdur. Nə zaman bu duanı oxumağa ethiyac duysan, onu oxumağın fəziləti vardır. Möminlər arasında bu dua adətən çərşənbə axşamları

oxunur, ancaq bu duanın məhz çərşənbə axşamı oxunmasına dəlalət edən xüsusi mənbə yoxdur. Bu duanı hər nə qədər çox oxusaq, daha çox Allaha yaxınlaşar və İlahi şəfaətə nail olarıq.

Allaha yaxınlaşmaq üçün bu vasitələrə əl ataq və onlardan ən yaxşı şəkildə istifadə etməyə çalışaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button