ArxivXəbər lentiXəbərlər
İran, Türkiyə və Rusiya şirkətləri birgə enerji müqaviləsi imzalayıb

İranın “Gadir Petrol” enerji şirkəti Türkiyənin “Unit International” və Rusiyanın “Zarubezhneft” şirkətləri ilə birgə əməkdaşlıq və tərəfdaşlıq sazişi imzalayıb.
AZƏRTAC xəbər ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, şirkətlər neft və qaz yataqlarının birgə inkişaf etdirilməsinə dair əməkdaşlıq edəcəklər. Şirkətlərin bərabər paylara malik olduğu müqavilədə tərəflər neft və qaz yataqlarının inkişaf etdirilməsi üçün texniki və maliyyə sahələrdə birgə işçi qrupları yaratmaq barədə razılığa gəliblər.