ArxivIslamXəbər lentiXəbərlər

Şəhid statusu ilə bağlı qaydalar dəyişdi

Nazirlər Kabineti şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edib. Artıq təkcə döyüşlər zamanı həlak olan şəxslərə şahidlik status verilməyəcək.

 bu Qaydalar Azərbaycanın azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.

Qaydaya əsasən. şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur .

Nazirlər Kabineti  vəfat etmiş vətəndaşlara hərbi ehtiram göstərilməsi ilə bağlı Dövlət bayrağının istifadəsi Qaydalarında dəyişiklik edib.

Qaydaya əsasən, hərbi ehtiram göstərilən zaman tabut Dövlət bayrağı ilə örtülür. Artıq təkcə döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən şəxslər həlak olduqda deyil, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər də vəfat etdikdə onlara hərbi ehtiram göstəriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button