ArxivXəbər lentiXəbərlər

Həmsədr: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair heç bir məlumat yoxdur”

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı heç bir məlumat yoxdur.

APA-nın verdiyi məlumata görə, Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib.

Diplomat qeyd edib ki, həmsədrlər prezidentlərin görüşü üçün nəzərdə tutulmuş hər hansı tarix barədə məlumata malik deyillər.

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünə də münasibət bildirən R. Hoqland aprelin 28-də baş tutmuş görüşün Rusiya xarici işlər nazirinin təşəbbüsü ilə keçirildiyini deyib, görüşün nəticələrinə dair Rusiya XİN-in bəyanat yaydığını diqqətə çatdırıb.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilinə dair müzakirələrin aparılacağı barədə məlumatlar vardı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button