ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Nazirə videomüraciət edən Şamaxı sakini narkotik ittihamı ilə həbs olundu

Şamaxı sakini Mehriban Ömərova həyat yoldaşı Soltan Ömərovun şərlənərək həbs olunduğunu deyir. O bildirir ki, Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Səid Seyidov xeyli vaxtdır həyat yoldaşını həbs etməklə hədələyirdi.
“Mən bilmirdim ki, kimdən xoşları gəlmirsə, cibinə narkotik qoyub, həbs eləyirlər”
“Axır ki, dediyini elədi, 4 uşağı başsız qoydu. Dünəndən o uşaqların gözünün yaşı qurumur, bir tikə çörək yeməyiblər. Yoldaşım qanunsuzluqlardan uzaq, ağ vərəq kimi adamdı. Halal zəhmətilə 4 uşağını saxlayırdı. Belə bir adamı narkotiklə şərləmək nə deməkdir? Mən bilmirdim ki, vəziyyət belədir, kimdən xoşları gəlmirsə, cibinə narkotik qoyub, həbs eləyirlər. Dünən körpəm ac yatıb. Bu qədər insafsızlıq, vicdansızlıq olar?!”, – Mehriban Ömərova Meydan TV-yə danışır.
34 yaşlı Soltan Ömərov bir müddət öncə video paylaşaraq, həbslə hədələndiyini bildirmişdi. Bu, bir sıra internet televiziyalarının efirində də yayımlanıb.
“Yoldaşımın burnunu sındırmışdı, üzr istəməyə məcbur eləmişdilər”
Həyat yoldaşının sözlərinə görə, Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Səid Seyidov Soltan Ömərovun kiminsə əleyhinə yalan ifadə verməsini istəyib. Lakin o razılaşmayıb:
“Aralarındakı ədavət də buna görə başlayıb. Səid Seyidov Bəybala adlı adamın vasitəsilə yoldaşımı çağırtdırıb ki, üzə dursun. O isə razılaşmayıb. Bundan sonra yoldaşımı hədələmişdilər. Bir neçə gün sonra çayxanada həmin o Bəybala içkili vəziyyətdə pivə bakalını yoldaşımın üstünə atıb, burnunu sındırmışdı. Deyib ki, “səni öldürəcəm, Səidə güvənirəm.
Mehriban Ömərova əlavə edib ki, həyat yoldaşının tutulması barədə onlara heç bir məlumat verilməyib. Soltan Ömərov iyunun 6-da günorta yeməyindən sonra evdən çıxıb, həmin vaxt əlində su olub:
“Beş dəqiqə sonra çölə çıxdım, gördüm ki, əlindəki içəcək yerdədir. Şübhələndim, zəng elədim, cavab vermədi. Bir qədər sonra yenə zəng elədim, bu dəfə də cavab verməyəndə bildim ki, başına oyun gətirirlər. Zəng elədim “102”yə. Polis şöbəsinə getdim, məlumat vermədilər. Prokurorluğa getdim, Tural adlı müavinlə görüşdüm. Orada bildim ki, narkotiklə şərləyiblər. Mənə deyir ki, “biz sənin yoldaşına xəbərdarlıq eləmişdik ki, sakit dayansın”.
Daxili İşlər Nazirliyi isə Mehriban Ömərovanın dediklərilə razılaşmır.
Daxili İşlər Nazirliyi təkzib edir
Nazirliyin mətbuat xidmətinin bölgə üzrə baş inspektoru Mahir Məsimov Meydan TV-yə bildirilib ki, Şamaxıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı M.İsgəndərov saxlanılıb. Onun üstündən marixuana tapılıb:
