ArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Ermənistan Azərbaycanla sülh sazişi üçün İrandan kömək istəyib

Alen Simonyan Ermənistan Parlamentinin sədri Alen Simonyan bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Tehranda görüşü zamanı deyib.
Ermənistan Parlamentinin sədri İranın xarici işlər naziri ilə qarşılıqlı əlaqələri müzakirə edib və iki ölkə arasında əlaqələrin genişləndirilməsini istəyib.
İran İslam Respublikasının regionda təsirli roluna və nüfuzuna toxunan Ermənistan Parlamentinin sədri ölkəsinin rəsmi Tehranla əlaqələri genişləndirməyə və inkişaf etdirməyə əhəmiyyət verdiyini bildirib.
O, ölkəsinin regionda sülh istədiyini deyərək, İran İslam Respublikasının Azərbaycanla ikitərəfli sülh sazişinin əldə edilməsinə dəstək verməyə və kömək etməyə çağırıb.
Qeyd edək ki, Ermənistan Parlamentinin sədri bundan öncə İranın prezidenti Seyid İbrahim Rəisi ilə görüşərək, qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə edib.