ArxivXəbər lentiXəbərlər

Türkiyədə partlayışda 8 nəfər həlak olub, 100-dən çox yaralı var

FaktXəbər-in verdiyi məlumata görə, Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda Terrora Qarşı Mübarizə və Çevik Polis Alayının yerləşdiyi binanın qarşısında törədilən partlayış nəticəsində 8 nəfər həlak olub, yüzdən çox sakin yaralanıb, onların 93-ü xəstəxanaya yerləşdirilib.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

Ölənlərdən 2-si polis əməkdaşı, biri texniki işçi, 5-i isə dinc sakindir. Baş nazir ölən və yaralıların sayının artacağını istisna etməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button