ArxivXəbər lentiXəbərlər
Zakir Qaralov vəzifəsini niyə itirdi?

Mövzunu “Rakurs.tv“yə şərh edən politoloq Azər Rəşidoğlu bildirib ki, bu dəyişikliyi qətiyyən kadr islahatı adlandırmaq olmaz:“Baş prokuror 20 il idi ki, eyni postda oturmuşdu. Artıq onun vəzifədən getmək vaxtı idi. İndiki vəziyyətdə yaşlı məmurların nisbətən gənc kadrlarla əvəzlənməsi fonunda, Zakir Qaralovun vəzifədən getməsi normal hesab olunmalıdır”.
Azər Rəşidoğlunun sözlərinə görə, prokurorluğa Qaralovun müavininin təyin olunması, hansısa müsbət dəyişikliklərə gətirib çıxarmayacaq: “Azərbaycanda nə qədər ki, məhkəmə sistemində özbaşınalıqlar var və məhkəmələr müstəqil deyil, baş prokurorun dəyişməsinin heç bir önəmi olmayacaq”.